
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi FIFA-nın "The Best" mükafatı üçün keçirdiyi sorğuda yanılmayıb.
Sportnet.az-ın məlumatına görə, italiyalı mütəxəssis ilin ən yaxşı futbolçusu nominasiya üzrə düzgün seçim edib. O, Almaniya "Bavariya"sından Robert Levandovskiyə səs verib. 66 yaşlı baş məşqçi İngiltərənin "Çelsi" klubunda çıxış edən italiyalı yarımmüdafiəçi Jorjinyonu ikinci, "Liverpul"dan misirli forvard Məhəmməd Salahı isə üçüncü yerə layiq görüb.
Yığmanın və "Qarabağ"ın kapitanı Maksim Medvedev isə seçimində yanılıb. 33 yaşlı müdafiəçi Fransanın PSJ klubundan Kilian Mbappeni ən yaxşı hesab edib. O, Levandovskini ikinci, İngiltərənin "Çelsi" klubundan fransalı yarımmüdafiəçi N Qolo Kanteni isə üçüncü sırada göstərib.
Qeyd edək ki, Robert Levandovski FIFA-nın versiyasına əsasən ardıcıl ikinci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.