"Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Qvineya milli komandası Afrika Millətlər Kubokunda mübarizəni dayandırıb.
Sportnet.az-ın məlumatına görə, 1/8 finalda Seneqal yığması ilə qarşılaşan kollektiv rəqibinə 0:2 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.
Qarşılaşmaya start heyətində başlayan Andrade 21-ci dəqiqədə meydandan qovulub. 29 yaşlı yarımmüdafiəçi rəqib futbolçuya qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alıb.