Türkiyənin "Altay" klubu baş məşqçisi Mert Nobre ilə yollarını ayırıb.
Sportnet.az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Yanvarın 15-də İzmir klubunun sükanı arxasına keçmiş Nobre bu müddətdə komandasını 3 çempionat oyununa çıxarıb.
Qeyd edək ki, Mert Nobre "Altay"da Mustafa Dənizlini əvəzləmişdi.