Azərbaycanın tanınmış iş adamı Hafiz Məmmədovun saxlanılıb.
Sportnet.az moderator.az-a istinadən xəbər verir ki, "Hafka"nın vergi problemlərinə görə göz altına alınıb. Onun 500 min dollar vergi borcu ilə əlaqədar artıq iki gündür İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yasamal istintaq şöbəsində çək-çevirə çəkildiyi bildirilir.
Lakin H.Məmmədov qaynarinfo-ya açıqlamasında bildirib ki, saxlanılması ilə bağlı məlumat həqiqətəuyğun deyil: "Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.
Hafiz Məmmədov indiyədək şirkətlərinin vergi borcu olmadığını da deyib: "Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.
Qeyd edək ki, Hafiz Məmmədov 2004-cü ildən "Bakı" klubunun prezidenti olub.