
Portuqaliyanın "Riu Ave" klubunun futbolçusu Vitor Qomeşin karyerasını Azərbaycanda davam etdirmək imkanı olub.
Sportnet.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə "Expresso" nəşrinə geniş müsahibəsində bildirib.
Portuqaliyalı oyunçu 2015/2016 mövsümünün sonunda Azərbaycan klublarının onunla maraqlandığını, lakin təklifləri bəyənmədiyini söyləyib. Qomeş həmin vaxt "Belenenseş"dən təklif gələnədək gözləmə mövqeyində olduğunu vurğulayıb.
Qeyd edək ki, Vitor Qomeş 2016/2017 mövsümündə "Belenenseş"in formasını geyinib.