Şamaxı şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FIFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumunun bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.
Qeyd edək ki, hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə"nin adının dəyişdirilərək "Şamaxı" futbol klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.