"İsrailin "Hapoel" (Kvar-Saba) klubundan ayrılandan sonra azad agent idim və mövsümün sonunda zədələndiyim üçün təkliflər çox olmadı".
Spornet.az xəbər verir ki, bunu "Səbail" klubunun latviyalı futbolçusu Domantas Şimkus ölkəsinin "Eurofootball" nəşrinə açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi "dənizçilər"i seçməsinin səbəbini də açıqlayıb: "Klub yaxşı şərait təklif etdi və məni komandanın liderlərindən biri kimi görür. Buna heyran qaldım və bir illik müqavilə imzaladım. Hazırda özümü sübut etməyə çalışıram".
Şimkus Azərbaycanda "Səbail"lə hörmət edildiyini vurğulayıb: "Bir-iki il əvvəl “Səbail” Avropa Liqasında oynayırdı, Maykl Essyen bu komandada çıxış edirdi. Burada hər şey qaydasındadır. Avropa Liqasına vəsiqə qazanmaq hədəfi var. Yerli oyunçular çox olanda bir az çətin ola bilər. Amma istiqanlı insanlardır, ona görə də uyğunlaşmaq mənim üçün böyük problem olmadı”.
Qeyd edək ki, Domantas Şimkusun “Səbail”lə müqaviləsi mövsümün sonunda başa çatacaq.