Fransanın IV divizionunda çıxış edən "Versal" klubu "Nitsa"ya qarşı ölkə kubokunun yarımfinal oyununu keçirməyə stadion tapa bilmir.
Sportnet.az "RMC Sport"a istinadən xəbər verir ki, həvəskar komandanın ev matçlarını oynadığı arenanın standartları bu cür qarşılaşmanı qəbul etməyə uyğun deyil. Bu səbəbdən klub PSJ-yə müraciət edərək "Park de Prens" stadionunun bir günlük onların ixtiyarına verilməsini xahiş edib.
Hələlik qarşı tərəfdən bu istəyə cavab verilməyib.
Qeyd edək ki, "Versal" - "Nitsa" görüşü martın 1-i və ya 2-də gerçəkləşəcək.