"Sadəcə, xoşbəxtəm. Çempion olduq və titul qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu Nepalın "Maçhindra" klubunda çıxış edən azərbaycanlı futbolçu Nurlan Novruzov ölkə çempionu olması barədə danışarkən deyib.
29 yaşlı hücumçu ilk dəfə A Divizionunda çıxış etdiyini xatırladıb: "Çempion olduğum üçün çox məmnunam. Komandada yaxşı və şən vaxt keçirdik. Fikrimcə, bir ailə olmağı bacardıq".
Qeyd edək ki, "Maçhindra" sona iki tur qalmış "Satdobato Gənclər Klubu"nu 1:0 hesabı ilə üstələyib. Novruzov qarşılaşmada qələbə qoluna imza ataraq komandasını çempion edib. Forvard 2021-ci ildən bu komandanın formasını geyinir, hücumçu daha əvvəl Nepalda "Lalitpur Siti"nin şərəfini qoruyub.