Türkiyə millisinin sabiq futbolçusu Tanju Çolak Naxçıvana səfər edib.
Sportnet.az "Haber 7" nəşrinə istinadən xəbər verir ki, 59 yaşlı veteran hücumçunun səfəri Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasovun dəvəti ilə gerçəkləşib.
Çolak fevralın 22-dək Naxçıvanda olacaq və onunla futbolun inkişafının 10 illik proqramı çərçivəsində danışıqlar aparılacaq
“Hər zaman futbolun içində olmaq, bu idman növünün inkişafına töhfə vermək əsas məqsədimdir. Qardaş ölkə Azərbaycanda futbolun formalaşmasına fayda vermək məni xüsusi xoşbəxt edir”, - deyə Çolak vurğulayıb.