
İspaniyanın "Barselona" klubunun futbolçusu Ronald Arauxo zədədən sağalıb.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı müdafiəçi La Liqada XXV turun "Valensiya" ilə səfər matçında forma geyinə biləcək.
O, ötən tur "Espanyol"la 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada cəmi bir hissə oynaya bilib. Daha sonra Arauxo Avropa Liqasında pley-off mərhələsinin "Napoli"yə qarşı 1:1 hesablı heç-heçə ilə bitən ilk görüşünü buraxıb.
Uruqvaylı müdafiəçi cari mövsüm ümumilikdə 26 oyuna 3 qol vurub. Onunla müqavilə 2023-cü ildə başa çatır.