Rumıniya "Styaua"sının sahibi Cici Bekali komandada peyvənd olunmuş futbolçuların oynamasını istəmir.
Sportnet.az-ın məlumatına görə, 64 yaşlı funksioner bu barədə "Yahoo! Sports"a açıqlama verib.
Onun sözlərinə görə, koronavirisa qarşı vaksin vurdurmuş oyunçular Buxarest təmsilçisində çıxış etməməlidirlər: "Siz mənə gülə bilərsiniz. Amma mən haqlıyam. Peyvənd olunan futbolçular güc itirirlər. Bunun elmi səbəbi var. ÇFR başına gələnləri görmüsünüz? "Rapid"lə matçda sanki huşlarını itirmişdilər. Meydanda yatırdılar. Vaksin yaşlı futbolçulara mənfi təsir edir".
Qeyd edək ki, Cici Bekali daha əvvəl peyvənd olunmaq istəmədiyini açıqlayıb.