AFFA Mingəçevirdə Şimal-Qərb zonasından olan hakimlər üçün seminar təşkil edib.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Hakimlər Komitəsinin üzvü Anar Salmanov Mingəçevir, Zaqatala, Qax, Tovuz, Gəncə, Qəbələ və Şəkidən olan hakimlərə nəzəri və praktiki məşğələlər keçib.
Seminarda hakimlikdə tətbiq edilən yeni oyun qaydaları izah olunub, gənc hakimlərin sualları cavablandırılıb.