“Neftçi” "Sabah" qarşı keçirəcəyi Premyer Liqanın XVII tur matçına hazırlığı davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Keşlə” ilə oyunun ertəsi bərpa məşqi edən komanda birgünlük fasilədən sonra fevralın 20-də hazırlığa başlayıb.
Bu gün klubun bazasında keçirilən məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Hazırlıq prosesində əməliyyat olunmuş Aqil Məmmədovdan başqa bütün futbolçular iştirak ediblər.
Qeyd edək ki, “Sabah” – “Neftçi” matçı fevralın 27-si saat 17:00-da “Bank Respublika Arena”da keçiriləcək.