Azərbaycanlı qapıçı Kamran Ağayevin çıxış etdiyi Türkiyənin "Kayserispor" klubunun fəxri prezidenti, Kayseri Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Mehmet Özhaseki və qurumun hazırkı rəhbəri Mustafa Çelik komandanı ziyarət edib. Sportnet.az-ın məlumatına görə, görüşdə klub rəsmiləri və futbolçular iştirak edib.
Fəxri prezident çıxışı zamanı çempionluq gözlədiyini və komandanın bunu bacaracağına inandığını bildirib.
Qeyd edək ki, komanda adından isə kapitan Abdullah Durak sözlərini qonaqların diqqətini çatdırıb.