UEFA Fransa prezidenti Emmanuel Makrona minnətdarlıq edib.
Sportnet.az-ın məlumatına görə, presidentsiz böhran şəraitində Çempionlar Liqası finalının Parisə keçirilməsində Makronun şəxsi dəstəyi və tərəfdaşlığı təqdir olunub.
Bildirilib ki, Avropa futbol qurumu Ukraynada dəhşətli insan iztirabları, dağıntılar və məcburi köçkünlüklə üzləşmiş futbolçuların və onların ailələrinin xilas edilməsi üçün Fransa hökuməti ilə birgə maraqlı tərəflərin səylərini tam dəstəkləyəcək.
Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 28-də "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.