İngiltərənin "Mançester Yunayted" klubu Rusiyanın "Aeroflot" şirkəti ilə müqaviləsini pozub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, səbəb kimi Ukraynadakı hadisələr göstərilib.
"Biz bütün dünyadakı azarkeşlərimizin narahatlığını bölüşür və dünyasını dəyişənlərlə əlaqədar başsağlığı veririk", - deyə "qırmızı şeytanlar"ın rəsmisi bildirib.
Daha əvvəl "Mançester Yunayted" Rusiya aviaşirkətinin reysi ilə İspaniya "Atletiko"suna qarşı Çempionlar Liqasının ilk 1/8 final oyununa yollanmayıb.