
Almaniyanın "Bavariya" klubunun futbolçusu Tomas Müller koronavirusdan sağalıb.
Sportnet.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu məşqlərə başlayıb.
Almaniyalı forvard Münhen təmsilçisinin bazasında fərdi məşqlər edir. Müllerin martın 5-də "Bayer" (Leverkuzen) komandasına qarşı Bundesliqanın növbəti turunda meydanda olacağı gözlənilir.
Qeyd edək ki, Tomas Müllerin koronavirusa testi fevralın 21-də müsbət çıxıb.