"Heç də asan oyun olmadı. İntizamlı və istəkli komandaya qarşı oynadıq. Ciddi hazırlaşmışdılar. Müdafiədə çox diqqətli və kompakt oynayırdılar. Daha yaxşı çıxış edə bilərdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə" Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra deyib.
50 yaşlı mütəxəssis bildirib ki, ölkə kubokunun 1/4 final mərhələsində paytaxt klubu üzərində 6:0 hesablı qələbə komandasını aldatmamalı idi: "Bu komanda hər zaman bizə qarşı ciddi hazırlaşır. Çempionlatın ilk matçında da burada bərabərə qalmışdıq. Komandada xeyli dəyişiklik etmişdim. Futbolçular çox əziyyət çəkdilər. Bu oyun göstərdi ki, qarşıdakı matçlarda daha diqqətlı olmalıyıq."
O, hər bir futbolçuya şans yaratmağa çalışdıqlarını vurğulayıb: "Bunun üçün birlikdə daha çox oynamalı və formada olmalıdırlar".