
Futbol üzrə İngiltərə Premyer Liqasının oyunları Rusiyada yayımlanmaya bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə liqanın icraçı direktoru Riçard Masters özünün tviter səhifəsində paylaşım edib.
O bildirib ki, hazırda bu istiqamətdə iş gedir: "Biz müqavilənin dayandırılması və ya xitam verilməsi məsələsini çox diqqətlə nəzərdən keçiririk".
Qeyd edək ki, İngiltərə Premyer Liqasında turnir cədvəlinə 27 turdan sonra 66 xalı olan "Mançester Siti" başçılıq edir.