
Almaniyanın "Maynts" klubunda koronavirusa kütləvi yoluxma halı baş verib.
Sportnet.az-ın Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, analiz nəticəsi müsbət çıxmış şəxslər arasında klubun əməkdaşları ilə yanaşı, futbolçular və məşqçilər də var. İnfeksiyaya yoluxanlar karantinə alınıblar.
"Maynts"ın martın 6-da Dortmund "Borussiya"sına qarşı keçirməli olduğu çempionat matçı təxirə salına bilər. Oyunla bağlı hələlik qərar verilməyib.
Qeyd edək ki, "Maynts" Bundesliqada 24 turdan sonra 34 xalla 9-cu yeri tutur.