BATE futbol üzrə Belarus Super Kubokunun qalibi olub.
Sportnet.az-ın məlumatına görə, Borisov təmsilçisi həlledici qarşılaşmada son ölkə çempionu Soliqorsk "Şaxtyor"unu minimal hesabla məğlub edərək bu titula sahib çıxıb. Matçda yeganə qolu əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Nemanya Miliç vurub.
Qeyd edək ki, tarixində 8-ci dəfə Superkuboku qazanan BATE bu göstərici üzrə rekordçudur.