UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Türkiyənin "Fənərbağça" klubunu 6 875 avro məbləğində cərimələyib.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, buna İstanbul təmsilçisinin azarkeşlərinin evdə Çexiyanın "Slaviya" (Praqa) komandasına qarşı keçirilmiş Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda meydana yad əşyalar atması səbəb olub.
Bundan başqa, qarşılaşma nəzərdə tutulan vaxtdan gec başladığı üçün həm kluba, həm də komandanın baş məşqçisi İsmayıl Kartala xəbərdarlıq edilib.
Qeyd edək ki, "Fənərbağça" - "Slaviya" matçı qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.