Türkiyənin "Qalatasaray" klubu Lukas Podolskinin transfer məsələsinə aydınlıq gətirib. Sportnet.az-ın məlumatına görə, klub prezidentinin köməkçisi Abdurrahim Albayrak yerli mətbuata açıqlamasında Podolski ilə qış transfer mövsümündə anlaşdıqlarını bildirib.
Lakin legioner futbolçu limitinə görə, keçidin baş tutmadığını deyib: "Onunla bütün məsələlərdə razılaşmışdıq. Anvaq legioner futbolçulara qoyulan limit keçidə mane oldu. ANcaq görünən odur ki, yaxşı ki, transfer baş tutmayıb. Qış fasiləsində heyətdən göndərdiyimiz 4 futbolçudan 5 milyon dollar xeyir götürdük".