19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Sloveniyada ikinci yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yerli yığma ilə görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.
Azərbaycan millisinin yeganə qolunu Nəriman Axundzadə vurub.
Beləliklə, Sloveniya toplanışındakı hər iki qarşılaşma məğıubiyyətlə nəticələnib. Bununla da hazırlıq prosesinə yekun vurulub.
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə bitib.