1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bavariya"dan rekord, "Şaxtyor"dan antirekord
Futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsində Almaniya "Bavariya"sı ilə Ukrayna "Şaxtyor"u arasında keçirilmiş cavab görüşünün nəticəsi hər iki komanda üçün tarixi xarakterli olub. Sportnet.az-ın məlumatına görə, "Bavariya" tarixində 14-cü dəfə 1/4 finala yüksəlib.
Bununla da Münhen təmsilçisi ÇL-in yeni rekorduna imza atıb. Xosep Qvardiolanın komandasını İngiltərə "Mançester Yunayted"i ilə İspaniya "Real Madrid"i izləyir.
Digər tərəfdən, "Şaxtyor" tarixində ilk dəfə qitə miqyaslı turnirlərdə 7 top fərqi ilə uduzub. Avrokuboklarda keçirdiyi 20 mövsüm ərzində Donetsk komandası 4 top fərqi ilə (0:4 və ya 1:5) yenilmişdi. Bu dəfə isə Mirça Luçeskunun komandası 0:7 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Bavariya" ardıcıl 4-cü dəfə ÇL-in 1/4 finalına yüksəlib. 7:0 hesabı isə son 20 ildə cəmi 2 dəfə təkrarlanıb. Əvvəlki belə nəticəyə də məhz münhenlilər 2011-2012-ci il mövsümündə 1/8 final mərhələsinin cavab görüşündə İsveçrə "Bazel"i ilə matçda imza atıblar.