1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
DÇ-2018-in ilk qolu vuruldu
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi start götürüb. Sportnet.az-ın məlumatına görə, ilk görüş Asiya zonasında Bakı vaxtı ilə saat 11:00-da FİFA-nın yeni üzvü Şərqi Timorla Monqolustan yığmaları arasında start götürüb. İlk qolu isə Şərqi Timor yığmasının hücumçusu Çikito Do Karmo vurub. 28 yaşlı hücumçu buna matçın 7-ci dəqiqəsində nail olub. Bundan 3 dəqiqə sonra isə o, dublunu rəsmiləşdirib.
Bu gün ilkin mərhələnin daha 5 görüşü keçiriləcək. Kamboca Makaonu, Şri-Lanka Butanı, Tayvan Bruneyi, Hindistan Nepalı, Yəmən isə Pakistanı qəbul edəcək. Cavab oyunları martın 17-də baş tutacaq. 6 qalib komanda 40 əsas yığma siyahısına düşəcək. Onlar isə hər biri 5 komandadan ibarət 8 qrupa bölünəcək.
Ümumilikdə DÇ-2018-in seçmə mərhələsində rekord sayda - 209 ölkə təmsil olunacaq. Onlar öz aralarında üst-üstə 900-dək oyun keçirəcəklər.
Qeyd edək ki, DÇ-2018-in final mərhələsi iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində - Moskva, Sankt-Peterburq, Kalininqrad, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov, Soçi və Yekaterinburqda keçiriləcək. Qarşılaşmalar 12 stadionda oynanılacaq.