Azərbaycan klubları Türkiyə təmsilçisi "Beşiktaş"ın sabiq baş məşqçisi Önder Karaveliyə təklif göndərib.
Sportnet.az-ın məlumatına görə, bu barədə yerli jurnalist Levent Ümit Erol tviter hesabında bildirib.
O, 48 yaşlı mütəxəssisin yeni mövsümdən Azərbaycan Premyer Liqasında işləyə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.
Karaveli 2021-ci il dekabrın əvvəlindən 2022-ci il martın sonlarınadək İstanbul təmsilçisində baş məşqçi vəzifəsini yerinə yetirib.