UEFA Konfrans Liqasında yarımfinalın bütün iştirakçıları bəlli olub.
Sportnet.az-ın məlumatına görə, İngiltərə "Lester"indən sonra Fransanın "Marsel", Niderlandın "Feyenoord" və İtaliyanın "Roma" klubları mərhələ adlayıblar.
Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i 1/4 finalın cavab matçında Yunanıstanda PAOK-la üz-üzə gəlib. Minimal hesablı qələbə qazanan Marsel şəhərinin eyniadlı təmsilçisi yarımfinala yüksəlib. Yeganə qolu 34-cü dəqiqədə Dmitri Payet vurub. Fransa klubu ilk görüşdə də rəqibini məğlub etmişdi.
"Roma" evdə Norveçin "Budyo Qlimt" klubunu sınağa çəkib. İlk oyunda 1:2 hesabı ilə uduzan "canavarlar" məğlubiyyətin əvəzini 4 cavabsız qolla çıxıblar.
"Feyenoord" isə Çexiyada Praqa "Slaviya"sına 2:1 hesabı ilə qalib gəlib. Niderlanddakı qarşılaşmada heç-heçə qeydə alınmışdı.
Beləliklə, yarımfinalda "Lester" "Roma" ilə, "Feyenoord" isə "Marsel"lə üz-üzə gələcək. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab matçları isə mayın 5-də baş tutacaq.
----------------------------------
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Sportnet.az-ın məlumatına görə, gecənin ilk oyununda İngiltərə "Lester"i Niderlandda PSV ilə qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən qonaqlar yarımfinala adlayıblar.
Hesabı 27-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Eran Zahavi açıb. 77-ci dəqiqədə Ceyms Meddison hesabı bərabərləşdirib. 88-ci dəqiqədə isə Rikardu Pereyra "Lester"ə qələbə qazandırıb. İngiltərəki ilk görüşdə hesab açılmamışdı.
"Lester" yarımfinalda "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları aprelin 28-də və mayın 5-də olacaq.
------------------------------------
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.
Gecənin ilk matçında İngiltərə "Lester"i Niderlandda PSV-nin qonağı olacaq. Lesterdəki qarşılaşmada hesab açılmayıb. Niderlandın digər təmsilçisi "Feyenoord" isə Çexiyada Praqa "Slaviya"sı ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib.
Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i Yunanıstanda PAOK-la üz-üzə gələcək. Marsel şəhərinin eyniadlı təmsilçisi ilk görüşdə 2:1 hesablı qələbə qazanıb.
Turnirin favoritlərindən İtaliya "Roma"sı evdə Norveçin "Budyo Qlimt" klubunu sınağa çəkəcək. "Canavarlar" səfərdə rəqibinə uduzub - 1:2.
UEFA Konfrans Liqası, 1/4 final
Cavab oyunları
14 aprel
20:45. PSV (Niderland) - "Lester" (İngiltərə) - 1:2
Qollar: Eran Zahavi, 27 - Ceyms Meddison, 77. Rikardu Pereyra, 88
İlk oyun - 0:0
23:00. "Slaviya" Praqa (Çexiya) - "Feyenoord" (Niderland) - 1:3
Qollar: İbrahim Traore, 14 - Siril Dessers, 2; 59. Luis Sinisterra, 78
Qırmızı vərəqə: Taras Kaçaraba, 90+4 ("Slaviya")
İlk oyun - 3:3
23:00. PAOK (Yunanıstan) - "Marsel" (Fransa) - 0:1
Qol: Dmitri Payet, 34
İlk oyun - 1:2
23:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç) - 4:0
Qollar: Temmi Abraham, 5. Nikolo Dzanyolo, 23; 29; 49
İlk oyun - 1:2