
Almaniya millisinin baş məşqçisi Yoahim Löv yerli futbol federasiyası ilə 2 illik müqaviləyə imza atıb. Sportnet.az-ın məlumatına görə, bununla da Löv 2018-ci ilədək hazırkı komandasını çalışdıracaq.
Lövün əvvəlki müqaviləsi 2016-cı ildə başa çatmalı idi. Qarşılıqlı razılaşma əsasında almanlar DÇ-2018-də də Yoahimin başçılığı ilə qatılacaq.
Qeyd edək ki, Yoahim Löv 2006-cı ildən Almaniya yığmasının baş məşqçisidir.