Rusiya yığma komandasının baş məşqçisi Fabio Kapello futbolçulara telefon işlətmək qadağası qoyub. Sportnet.az-ın məlumatına görə, italiyalı mütəxəssis komandaya ciddi rejim tətbiq edib.
Belə ki, futbolçular doğmaları və dostları ilə yalnız komandanın məskunlaşdığı oteldə görüşə biləcək ki, bu da Kapellonun razılığından sonra baş tutacaq. Səfər zamanı da futbolçular heç bir texniki avadanlıqdan istifadə edə bilməyəcək.
Baş məşqçinin qərarları arasında futbolçuların siqaret çəkmə məsələsi də yer alıb. O, milli üzvlərinin siqaret çəkməsinə birmənalı olaraq qadağa qoyub.
Qeyd edək ki, Rusiya millisi AVRO-2016-nın seçmə mərhələsində martın 27-də səfərdə Monteneqro ilə qarşılaşacaq.