
DÇ-2018-in seçmə mərhələsində Butan yığması FİFA reytinq siyahısında özündən 36 pillə öndə qərarlaşan Şri Lankanı məğlub edib. Sportnet.az-ın məlumatına gprə, qarşılaşma 1:0 hesabı ilə başa çatıb.
Sonuncu dəfə 2008-ci ildə qələbə qazanan milliyə 21 yaşlı Tşerinq Dorji sevinc gətirib. Gənc futbolçu matçın başa çatmasına 6 dəqiqə qalmış adını tabloya yazdırıb.
2000-ci ildə FİFA-nın siyahısına daxil olan Butanın heyətində tələbələr və günün yarısını işləyən futbolçulardan ibarətdir. Komanda üzvlərinin orta əmək haqqısı 150 dollardır.