
Rusiya 1-ci liqasında çıxış edən Sankt-Peterburq "Dinamo"sunun oyunçularının məşqə gəlməyə pulları qalmayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın futbolçusu Yuriy Solnçev açıqlama verib.
Evdə "Anji" ilə keçirilən qarşılaşmadan sonra oyun haqqında danışan yarımmüdafiəçi komandada maliyyə probleminin olduğunu deyib: "30 məşq təşkil edilib və bu da kifayət etmir. "Anji" ciddi rəqibdir. Biz top saxlaya bilmirdik. Futbolçuların məşqə gəlmək üçün pulları yoxdur. Artıq 4 aydır ki, maaşlar ödənilmir. Ancaq uşaqlar məşqlərə gəlir, bir neçəsi başqa işdə də işləyir".
Qeyd edək ki, "Dinamo" - "Anji" matçı 0:2 hesabı ilə yekunlaşıb.