"Bilirik ki, Azərbaycan Premyer Liqasında braziliyalı legionerlərə üstünlük verirlər".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın "Fehervar" klubunun idman direktoru İştvan Saploy püşkü dəyərləndirərkən deyib.
56 yaşlı funksioner bildirib ki, "qırmızı-qaralar"ın heyətində də daim rəqibi təhlükə altında saxlayan 4 "sambaçı" çıxış edir: "Qəbələ" narahat rəqibdir. Amma heç nəyə baxmayaraq, irəliləmək istəyirik".
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.