
"Kəpəz"in məşqindən öncə klubun idman direktoru təyin olunan Mehman Allahverdiyev kollektivə təqdim edilib.
Sportnet.az Gəncə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "sarı-göylər"in icraçı direktoru İlqar Nadiri və baş məşqçi Yaşar Vahabzadə 62 yaşlı mütəxəssis təbrik edərək, ona uğurlar arzulayıblar. Təyinatın komandaya uğur gətirəcəyinə inandıqlarını bildiriblər.
Allahverdiyev etimada görə klub rəhbərliyinə təşəkkür edib, "Kəpəz"in uğur qazanması üçün əlindən gələni edəcəyini bildirib.