
"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstan "Fehervar"ı futbolçusu Stopira ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Kabo-Verde millisinin müdafiəçisi ilə 1 illik yeni sözləşmə imzalanıb.
34 yaşlı oyunçu 2012-ci ildən bu komandada çıxış edir.
Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.