
"Qarabağ"ın futbolçusu Qara Qarayev Polşa "Lex"inə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununu buraxa bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl keçirilən mətbuat konfransında bildirib.
50 yaşlı mütəxəssis yarımmüdafiəçidə narahatlığın olduğunu söyləyib: "Onun meydana çıxması sual altındadır. Bugünkü məşqdə Qara ilə bağlı məsələyə aydınlıq gələcək".
Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda "Qarabağ" rəqibinə minimal hesabla uduzub - 0:1.