
Yeni mövsümünün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən "Qəbələ" növbəti yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" ikinci sınağında Rumıniyanın "Çiksereda" klubu ilə qarşılaşıb. Görüş Azərbaycan təmilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Elmar Baxşıyevin baş məşqçi olduğu komandadan qolları 3-cü dəqiqədə Rövlan Muradov və 52-ci dəqiqədə Asif m
Qeyd edək ki, "Qəbələ" Boludakı ilk yoxlama görüşündə Türkiyə Superliqasında çıxış edən "Qaziantep" 1:2 hesabı ilə uduzub.
----------------------------------------------
2022/2023 mövsümünün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Qəbələ” komandası bu gün ikinci yoxlama oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, “qırmızı-qaralar” Rumıniya “Çiksereda”sı ilə görüşəcək.
118 il əvvəl əsası qoyulan klub Liqa2-də mübarizə aparır. Komanda ötən mövsümü 7-ci pillədə başa vurub. Aşağı liqalarda oynamasına baxmayaraq zəngin tarixi olan klub 1904 - 1919-cu illərdə Avstriya-Macarıstan, 1919 - 1940-cı illərdə Rumıniya, 1940 - 1944-cü illərdə isə Macarıstanı təmsil edib. II Dünya müharibəsindən sonra Rumıniyanın aşağı liqalarında var-gəl edən “Çiksereda” ən böyük uğurlarını 2018/2019 mövsümündə əldə edib. LiqaII-də çempion olan komanda ikinci dəstəyə yüksəlib. Həmin mövsüm komanda Rumıniya Kubokunda 1/4 finala qədər irəliləməyi bacarıb. “Qəbələ” ilə Rumıniya təmsilçisi arasında qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Xatırladaq ki, qonşu ölkədə 2-ci matçına çıxacaq “Qəbələ” iyulun 5-də Superliqa klubu “Qaziantep”lə (1:2) üz-üzə gəlib.
Yoxlama oyunu
12 iyul
17:00. “Qəbələ” – “Çiksereda” (Rumıniya) - 2:1
Qollar: Rövlan Muradov, 3. Asif Məmmədov, 52