
Türkiyənin "Qalatasaray" komandasının Avstriyanın Qrats şəhərindəki son məşqi zamanı futbolçular arasında gərginlik yaşanıb.
Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesinin jurnalistlər üçün açıq olan bölümündə Kerem Aktürkoğlu ilə Patrik van Anholt münaqişəyə girib. Ötürmələrlə məşq vaxtı Anholtun topa müdaxiləsindən sonra Aktürkoğlu yerə yıxılıb. Nəticədə iki futbolçu əvvəlcə söz savaşına çıxıb, daha sonra bir-birilərinin üzərinə yeriyib.
Digər oyunçular araya girərək, onları sakitləşdiriblər və gərginliyin böyüməsinin qarşısını alıblar.
Qeyd edək ki, Kerem Aktürkoğlu ötən mövsümün "Giresunspor"la açılış oyununda hazırda İspaniya "Sevilya"sında çıxış edən keçmiş komanda yoldaşı Markao ilə münaqişəyə girib. Braziliyalı oyunçu ona yumruq vurub, referi isə "sambaçı"nı meydandan qovub.
???? Kerem Aktürkoğlu ve Patrick van Aanholt arasında yaşanan gerginlik. pic.twitter.com/4mX6qykx4F
— NTV Spor (@ntvspor) July 12, 2022