"Bütün komandaları yeni mövsümün startı münasibətilə təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün püşkatma mərasimində deyib.
PFL rəhbəri "Turan Tovuz" və "Kəpəz"i çempionata qayıtmaları münasibəti ilə də təbrik edib: "Qarabağ" və Qurban Qurbanovun zəhməti nəticəsində Azərbaycan xalqı çox sevindi. Klub rəhbərliyi və xüsusən də Qurban Qurbanovun zəhməti nəticəsində Azərbaycan xalqı çox sevindi. Bunun nəticəsi idi ki, matç bitsə belə, insanlar stadiondan getmək istəmirdilər. Arzu edirəm ki, digər komandalarımız da bizi sevindirsinlər".
Musayev Premyer Liqada 10 komandanın iştirak etməsinin yaxşı olduğunu bildirib: "Klublarımız səviyyəli legioner gətirməyə çalışmalıdır. Elə legioner gətirin ki, ehtiyatda qalmasın. Gənclər onlardan nələrsə öyrənsin. Yoxsa gəlib bizim futbolçulardan öyrənməsinlər".