
"Rəqibin vurduğu ilk qolda ofsayd var idi".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə "Sürix"inə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında "Report"un sualına cavab olaraq bildirib.
50 yaşlı mütəxəssis futbolda belə halların olduğunu söyləyib: "Ofsayda oxşadı. Oxşadı deyəndə ki, oyundankənar vəziyyət var idi (gülür)".
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 27-də Sürixdə baş tutacaq.