
“Burada olduğumuz üçün çox şadam. Sabahkı oyuna yaxşı hazırlaşmışıq”.
Sportnet.az saytının məlumatına görə, bunu Kiprin “Aris” klubunun qapıçısı Vana Alveş evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
Braziliyalı qolkiper yeni mövsümdəki ilk rəsmi matçlarında yaxşı nəticə əldə edəcəklərinə inandığını bildirib: "Çünki ciddi hazırlıq keçmişik. “Neftçi”yə qarşı hər iki görüşdə bütün gücümüzü ortaya qoyacağıq. Qapının toxunulmazlığını qoruduğunuz təqdirdə, qələbə şansınız daha çox olur. Mən də komandama kömək etməyə çalışacağam. Bu, “Aris” tarixinin ən önəmli oyunudur. Komandamıza güvənirik və sabahı səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, “AEK Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.