
"Oyuna ciddi hazırlaşmışıq və rəqibi yaxşı analiz etmişik. Buraya nə üçün gəldiyimizi gözəl bilirik. İnanıram ki, sabah buradan yaxşı nəticə ilə qayıdacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Voislav Stankoviç Kiprdə "Aris"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
Yoxlama görüşlərindəki nəticələri dəyərləndirən 35 yaşlı arxa xəttə oyunçusu bildirib ki, problem təkcə müdafiə xətti ilə bağlı deyil: "Kompakt oynamırdıq. Yeni oyunçular gəlib. Onların da köməkliyi ilə problemləri aradan qaldırıb, daha az qol buraxmağa çalışacağıq".
Qeyd edək ki, iyulun 21-də "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.