Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Zirə"nin qapıçısı Səlim Həşimov yığmanın düşərgəsini tərk edib.
Buna qolkiperin İsraildə Makkabi” (Təl-Əviv) klubuna qarşı keçiriləcək UEFA Konfrans Liqasının II tərnifat mərhələsinin cavab oyunu üçün "Zirə"nin əsas komandasına cəlb olunması səbəb olub. Onun yerinə “Turan Tovuz”dan Ümid Cəfərov heyətə cəlb edilib.
Qeyd edək ki, iyulun 28-də Təl-Əvivdə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. "Qartallar" Bakıdakı görüşdə rəqibinə 0:3 hesabı ilə uduzub.