"Rəqib öz meydanında çıxış etdiyi üçün bizə çətin olacaq. Əsas məqsədimiz qələbə qazanmaqdır"
Sportnet.az-ın məlumatına görə, bunu "Aris"in futbolçusu Delmiro Naşimentu Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
34 yaşlı müdafiəçi komandada ab-havanın yaxşı olduğunu söyləyib. "Bir az həyəcan var. Amma biz sabahkı matça hazırıq".
Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda "ağ-qaralar" 0:2 hesabı ilə uduzub.