UEFA AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovu Polşaya ezam edib.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədov Çempionlar Liqasının III təsnifat mərhələsində Polşanın Lodz şəhərindəki “Vladislav Krol” stadionunda keçirilmiş “Dinamo” (Ukrayna) – “Şturm” (Avstriya) oyununu izləyib.
Ona VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası həvalə olunub. Kiyev "Dinamo"su həmin matçda Avstriya çempionuna 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindən VAR sisteminin tətbiqinə başlanılıb.