Braziliyada 12 yaşlı futbolçunun vurduğu qol sosial şəbəkələrdə geniş yayılıb.
Sportnet.az-ın məlumatına görə, Minas-Jerays ştatının uşaq liqası matçında yeniyetmələrdən biri yüksək səviyyədə driblinq göstərib.
O, topu əldə etdikdən sonra çiləyə-çiləyə rəqib qapısına yaxınlaşıb. İstedadlı futbolçu yolda üç rəqibini keçib və solo keçidini yaxın "9-luğ"a güclü zərbə ilə tamamlayıb.