
Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun sonuncu oyununda "Neftçi" "Kəpəz"i qəbul edib.
"Bakcell Arena"dakı qarşılaşma paytaxt təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin qollarını 11-ci dəqiqədə Solomon Kvirkveliya, 12-ci dəqiqədə Qodsvey Donyo, 15-ci dəqiqədə Kenni Sayef, 51-ci dəqiqədə Eddi İsrafilov, 89-cu dəqiqədə Yeqor Boqomolski vurub.
Gəncə klubunun qollarına 57-ci dəqiqədə Abdullahi Şuaybu və 90+3-cü dəqiqədə Nicat Süleymanov imza atıb.
Ardıcıl ikinci qələbəsini qazanan "Neftçi" xallarının sayını 6-ya çatdırıb. Hər iki matçda uduzan "Kəpəz" isə xalsız qalıb.
Qeyd edək ki, günün digər görüşündə "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib. Turun əvvəlki oyunlarında "Sabah" səfərdə "Zirə"ni 3:1, "Qarabağ" "Sumqayıt"ı 2:0, "Turan Tovuz" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
-------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Qəbələ" evdə "Şamaxı"nı qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 8-ci dəqiqədə "qırmızı-qaralar"dan Rövlan Muradov açıb. 2 dəqiqə sonra Murad Musayev fərqi artırıb. 10-cu dəqiqədə Felipe Santos 3-cü topu rəqibin qapısından keçirib. Qonaqlar 56-cı dəqiqədə Amil Yunanovun qolu ilə fərqi azaltsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər.
Ardıcıl 2-ci qələbəsini qazanan "Qəbələ" xallarını 6-ya çatdıraraq, 2-ci pilləyə yüksəlib. Lider "Sabah"la 3-cü sıradakı "Qarabağ" da eyni xala malikdir. Xalı olmayan "Şamaxı" isə 8-ci yerdə qərarlaşıb.
Turun son matçında "Neftçi" bu gün evdə "Kəpəz"lə qarşılaşacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Sabah" səfərdə "Zirə"ni 3:1, "Qarabağ" "Sumqayıt"ı 2:0, "Turan Tovuz" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
--------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.
"Qəbələ" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Meydan sahibləri ötən tur "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib, qonaqlar isə "Neftçi"yə uduzub - 0:1.
Komandalar indiyədək ölkə çempionatlarında 55 dəfə üz-üzə gəliblər. Bunların 17-də "qırmızı-qaralar", 19-da Şamaxı təmsilçisi qalib gəlib. Topların nisbətində də qonaqlar üstündür - 72:58. “Qəbələ” Premyer Liqada bu rəqiblə ardıcıl 7 oyunda meydanı qolsuz tərk etməyib. “Şamaxı” isə son 4 görüşdə qələbə qazanmayıb.
II tura "Neftçi" - "Kəpəz" matçı ilə yekun vurulacaq. "Ağ-qaralar" ilk turda "Şamaxı"nı 1:0 hesabı ilə yenib. Gəncə klubu isə "Zirə" ilə dueldən məğlub ayrılıb - 1:2. Komandalar bu vaxtadək çempionat oyunlarında 51 dəfə qarşılaşıblar. 24 dəfə paytaxt təmsilçisi, 18 dəfə "Kəpəz" meydanı 3 xalla tərk edib. Topların nisbətində də "ağ-qaralar" üstündür - 73:46.
Azərbaycan Premyer Liqası
II tur
14 avqust (bazar)
18:20. “Qəbələ” – “Şamaxı” - 3:1
Qollar: Rövlan Muradov, 8. Murad Musayev, 10. Felipe Santos, 20 - Amil Yunanov, 56
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
Qəbələ şəhər stadionu
20:30. “Neftçi” – “Kəpəz” - 5:2
Qol: Solomon Kvirkveliya, 11. Qodsvey Donyo, 12. Kenni Sayef, 15. Eddi İsrafilov, 51. Yeqor Boqomolski, 89 - Abdullahi Şuaybu, 57. Nicat Süleymanov, 90+3
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
“Bakcell Arena”
Qeyd edək ki, turun əvvəlki matçlarında "Sabah" səfərdə "Zirə"ni 3:1, "Qarabağ" "Sumqayıt"ı 2:0, "Turan Tovuz" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.