Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda insident baş verib.
Sportnet.az-ın məlumatına görə, 23-cü dəqiqədə qonaqların futbolçusu Con Moskera "Qarabağ"ın müdafiəçisi Marko Veşoviçlə mübahisə edib. Bu zaman o, monteneqrolu oyunçunu itələyərək yıxıb.
Nəticədə Meskera sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab açılmayıb.