Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina və Malta millisinə qarşı keçirəcək oyunları idarə edəcək hakimlər müəyyənləşib.
Sportnet.az xəbər verir ki, sentyabrın 2-də Ta Qali şəhərindəki Mərkəzi stadionda oynanılacaq Malta – Azərbaycan oyununu İtaliyadan, sentyabrın 6-da “Dalğa Arena”da təşkil olunacaq Azərbaycan – Bosniya və Herseqovina qarşılaşmasını isə Fransadan olan hakimlər briqadasına tapşırılıb. \